Vens: ABŞ-İran sazişi bir neçə həftə və ya ay ərzində bağlana bilər
ABŞ və İran arasında mümkün sazişin razılaşdırılması bir neçə ay və ya bir neçə həftəyə qədər vaxt apara bilər.
"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu "CBS News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sazişin müddəti danışıqların gedişatından asılıdır və geniş diapazonda dəyişə bilər.
"Düşünürəm ki, saziş bir həftə ərzində bağlana bilər, amma bir neçə ay ərzində də bağlana bilər", - o qeyd edib.
Vens əlavə edib ki, Vaşinqton ABŞ üçün iqtisadi cəhətdən faydalı olacaq və İranın nüvə proqramı ilə bağlı məsələləri həll edəcək bir razılaşma əldə etməyi gözləyir.
O, həmçinin tərəflərin razılığa yaxın olduğunu, lakin onun bağlanması üçün əlavə işlərin görülməli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
ABŞ-nin energetika naziri: İranla sülh sazişi iki həftə ərzində bağlana bilər
Modinin Parisə səfəri zamanı qırıcı təyyarələr və sualtı qayıqların alınmasına dair sazişlər bağlana bilər
Vens: ABŞ Trampın ultimatum müddəti bitənə qədər İranın infrastrukturuna zərbə endirməyəcək
Vens: ABŞ İrana nüvə silahından imtina müqabilində dünya iqtisadiyyatına inteqrasiya təklif edir
KİV: ABŞ-nin İranla müzakirələrində əsas danışıqçısı Vens ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
