Türkiyə XİN ABŞ və Kipr arasında müdafiə sahəsində əldə olunan razılaşmaları pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Kipr Respublikası arasında müdafiə sahəsində əməkdaşlığa dair imzalanan yol xəritəsini pisləyib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“ABŞ və Cənubi Kipr Rum Administrasiyası arasında müdafiə sahəsində əməkdaşlıq üçün yol xəritəsinin imzalanmasını pisləyirik. Amerika hakimiyyətinin atdığı bu addımlar Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsizliyinə ziyan vurur, 2023-cü ilin iyununda Kipr Rum Administrasiyası ilə strateji dialoqun elan edilməsi də daxil olmaqla, Vaşinqtonun Kipr adasına münasibətdə neytral mövqeyini pozur və Kipr probleminin effektiv, ədalətli və daimi həlli axtarışlarını çətinləşdirir”, - deyə bəyanatda qeyd olunub.
ABŞ və Kipr Respublikasının regional sabitliyə xələl gətirə biləcək siyasətlərə yenidən baxmasını zəruri hesab edən rəsmi Ankara qeyd edib ki, Türkiyə zamin dövlət olaraq, Kipr türklərinin təhlükəsizliyini və rifahını istənilən şəraitdə təmin etməyə davam edəcək.
Oxşar xəbərlər
Kipr ilin əvvəlindən yeddi minə yaxın miqrantı deportasiya edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
