Emoməli Rəhmon COP29 çərçivəsində Düşənbədə buzlaqların öyrənilməsi üzrə regional mərkəzin yaradılmasını təklif edib
Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə buzlaqların öyrənilməsi üzrə regional əlaqələndirmə mərkəzinin yaradılmasını təklif edib.
“Report” xəbər verir ki, o, bunu Bakıda keçirilən COP29 sammitində çıxışı zamanı bildirib.
"Tacikistan və Fransanın təşəbbüsü ilə BMT Baş Assambleyası 2025-2034-cü illəri kriosfer elmlərinin dəstəklənməsi üçün 10 illik fəaliyyət dövrü elan edib. Bu məsələlərin vacibliyini nəzərə alaraq, Ümumdünya Meteorologiya Təşkilatının himayəsi altında və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Düşənbədə buzlaqların öyrənilməsi üzrə regional əlaqələndirmə mərkəzinin yaradılmasını təklif edirəm", - o qeyd edib.
E.Rəhmon həmçinin bildirib ki, Tacikistan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyası 2025-ci ili Buzlaqların Qorunması İli elan edib, həmçinin buzlaqların mühafizəsi üçün beynəlxalq fond təsis edilib.
"Biz buzlaqların əriməsinə xüsusi diqqət yetirməliyik, bu, iqlim dəyişikliyinin təsirləri ilə əlaqədardır", - E.Rəhmon vurğulayıb.
O xatırladıb ki, buzlaqların qorunması üzrə yüksək səviyyəli beynəlxalq konfrans 2025-ci ilin may ayında Düşənbədə keçiriləcək.
Oxşar xəbərlər
Tacikistan BMT-yə sülhü möhkəmləndirmək üçün yeni qətnamə təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emoməli Rəhmon ilə Devid Kemeron Tacikistan-Britaniya əlaqələrini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstan XİN rəhbəri: COP29 bizim üçün olduqca vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alimlərin yeni tədqiqatı: Buzlaqların əriməsi sunami riskini artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












