Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib
sizinxeber.az xəbər saytı

Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

"Report" Akordaya istinadən xəbər verir ki, liderlər bir-birlərini Ramazan və Novruz bayramları münasibətilə təbrik ediblər.

Türkiyə lideri Tokayevi ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul olunması münasibətilə təbrik edib, bunun dövlət başçısının müdrik və inamlı siyasəti sayəsində mümkün olduğunu deyib.

Tokayev Türkiyə müşahidəçilərinə referendumun keçirilməsində fəal iştirakına və yardımına görə təşəkkür edərək bildirib ki, bu, iki ölkə arasında münasibətlərin ənənəvi qardaşlıq və dostluq xarakterini əks etdirir.

Ərdoğan mayın 14-də Qazaxıstana planlaşdırılan dövlət səfərinin əhəmiyyətini vurğulayıb. Hər iki lider ikitərəfli strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün Astanada keçiriləcək yüksək səviyyəli danışıqların, xüsusən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının və Türk Dövlətləri Təşkilatının (TDƏ) qeyri-rəsmi zirvə görüşünün əhəmiyyətini vurğulayıblar.

Türkiyə Prezidenti öz növbəsində qazaxıstanlı həmkarını apreldə Antalyada keçiriləcək Diplomatik Forumun iclasına dəvət edib. Tokayev dəvəti qəbul edib.

Oxşar xəbərlər

Tokayevlə Ərdoğan strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər - YENİLƏNİB
Ankarada Tokayev və Ərdoğan arasında rəsmi görüş başlayıb - YENİLƏNİB
Tokayev və Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarükün artırılmasını müzakirə ediblər - YENİLƏNİB-2
Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər