İran ordusu ABŞ və İsraili yeni silahlarla hədələyib
ABŞ və İsrail atəşkəsi pozaraq İrana yenidən hücum etsə, İslam Respublikası yeni döyüş üsullarına əl atacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu məlumatı İran ordusuna istinadən "Tasnim" agentliyi yayıb.
"Əgər düşmən yenidən hesablamalarda səhv edib İrana hücum edərsə, o, mütləq digər gözlənilməz variantlarla qarşılaşacaq", - məlumatda bildirilib və əlavə edilib ki, bu variantlara daha müasir avadanlıqlar, yeni döyüş üsulları və ən əsası, yeni müharibə sahələri daxildir:
"Yəni müharibə düşmənin əvvəlcədən görmədiyi və öz planlarında nəzərə almadığı sahələrə keçəcək və biz bu sahədə düşməni təəccübləndirə biləcəyik".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
İsrail İrandan yeni raket hücumu barədə məlumat verib
İsrail Ordusu Tehranda SEPAH-ın obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb
İsrail ordusu hazır vəziyyətə gətirilib
İran müharibə başlayandan İsrail və ABŞ-nin 127 dronunu zərərsizləşdirib
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
