İsrail ordusu hazır vəziyyətə gətirilib
İsrail Müdafiə Ordusu İrana qarşı əməliyyatın bərpa olunacağı təqdirdə tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Ynet" portalı hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir qoşunların İranla qarşıdurmanın əvvəlki raundları ərəfəsində həyata keçirilənə bənzər döyüş protokoluna keçirilməsini əmr edib. Bu, bütün hissə və birləşmələrin yüksək hazırlıq səviyyəsinin qorunub saxlanılmasını nəzərdə tutur.
Qeyd edilib ki, bu göstəriş ABŞ və İran nümayəndələrinin Pakistandakı danışıqları dalana dirəndikdən sonra verilib və yaxın vaxtlarda hərbi qarşıdurmanın bərpasına hazırlığı nəzərdə tutur.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs haqqında razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib.
Oxşar xəbərlər
İsrail İrandan yeni raket hücumu barədə məlumat verib
İsrail Ordusu Tehranda SEPAH-ın obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb
İrana qarşı İsrail-ABŞ birgə əməliyyatında 18 mindən çox döyüş sursatı istifadə olunub
İsrailin Livandakı əməliyyatı nəticəsində ölənlərin sayı 1 530 nəfərə çatıb
Eyal Zamir: İsrail İranla münaqişədə strateji nöqtəyə yaxınlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
