Rusiya parlamentinin sədri türkiyəli həmkarını Moskvaya dəvət edib
Rusiya parlamentinin sədri Vyaçeslav Volodin türkiyəli həmkarı Numan Kurtulmuşu Moskvaya dəvət edib.
“Sizinxeber.az” Türkiyə Böyük Millət Məclisinə (TBMM) istinadən xəbər verir ki, V.Volodin bu barədə telefon danışığında həmkarına deyib.
Qeyd olunub ki, o, noyabrın 28-29-da Rusiyada keçiriləcək “Terrorla mübarizə və regional əlaqələr” konfransına N.Kurtulmuşu dəvət edib.
N.Kurtulmuş dəvətə görə həmkarına təşəkkür edib. O, sentyabrda Rusiyaya gedəcəyini xatırladıb.
TBMM sədri terrorun ortaq təhlükə olduğunu və bir çox ölkənin terror təhlükəsi altında qaldığını qeyd edib: “Bəzi böyük güclər terror təşkilatlarını alət kimi istifadə edirlər”.
Türkiyə parlamentinin sədri söyləyib ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi də dövlət terrorunun bir nümunəsidir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
