Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olub


Rusiyanın Nijni Novqorod vilayətinin Vıksa şəhərində fərdi evdə baş verən yanğında iki uşaq da daxil olmaqla, beş nəfər həlak olub.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən bildirilib.

"İlk yanğınsöndürmə-xilasetmə bölməsi hadisə yerinə çatanda ev bütün sahəsi boyu yanırdı. Yanğın 80 kvadratmetr ərazidə söndürülüb. Yanğın yerində beş nəfərin, o cümlədən iki uşağın meyiti aşkar edilib. Onların şəxsiyyətləri müəyyənləşdirilir", - məlumatda deyilir.

Aidiyyəti qurumların əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.

Oxşar xəbərlər

Moskva vilayətində baş verən yanğında dörd nəfər ölüb
Rusiyada fərdi evdə baş vermiş yanğında 3 uşaq ölüb
Rusiyada inzibati binada baş verən yanğında 5 nəfər ölüb
Rusiyada fərdi evdə baş verən yanğında biri uşaq olmaqla üç nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər