Fransa ABŞ və İran arasında sülhün əldə olunacağına ümid edir
Fransa diplomatik təşəbbüslərin davam etdirilməsi fonunda ABŞ və İran arasında sülhün əldə olunacağına ümid edir.
"Report" xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında vurğulayıb.
"Fransanın xarici işlər naziri ölkəsinin diplomatik təşəbbüslərin davam etdirilməsinin dəstəklənməsi mövqeyini vurğulayaraq dialoqun davam etməsi sayəsində regionda davamlı sülh və təhlükəsizliyə nail olunacağına ümid etdiyini bildirib", - A. Əraqçinin "Telegram" kanalında paylaşılan məlumatda qeyd olunub.
Regional və beynəlxalq hadisələrin müzakirə edildiyi söhbət zamanı Əraqçi fransalı həmkarını ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin dayandırılması ilə bağlı İslam Respublikasının mövqe və təşəbbüsləri barədə məlumatlandırıb.
Oxşar xəbərlər
Fransa Yaxın Şərqdə diplomatik yanaşmanın davam etdirilməsini dəstəkləyir
Əraqçi qətərli həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər
Əraqçi və Cənubi Koreyanın XİN rəsmisi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
