İrəvanda İspaniya konsulluğunun açılış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

İrəvanda İspaniya konsulluğunun açılış mərasimi keçirilib


Ermənistanın paytaxtı İrəvanda İspaniyanın fəxri konsulluğunun açılış mərasimi keçirilib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, İspaniya və Qvatemalanın Ermənistandakı fəxri konsulu Aşot Parsyan konsulluğun əsas missiyasının yalnız İspaniya vətəndaşlarına dəstək olmaqdan deyil, həm də iki ölkə arasında iqtisadi və mədəni əlaqələri möhkəmləndirməkdən ibarət olduğunu qeyd edib.

Onun fikrincə, İspaniya ilə viza rejiminin sadələşdirilməsi Ermənistan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək və ikitərəfli səfərləri aktivləşdirərək insanların daha sərbəst hərəkətini təmin edəcək.

"İspanların Ermənistana səfəri ilə bağlı heç bir problemi yoxdur... Viza rejiminin liberallaşdırılması Ermənistan vətəndaşları, xüsusən də Avropa ölkələrində daha sərbəst biznes fəaliyyəti göstərə biləcək iş adamlarımız üçün də vacibdir", - o qeyd edib.

İspaniyanın Ermənistandakı səfiri Rikardo Martines Vaskesin sözlərinə görə, bu yay İrəvan və Alikante arasında birbaşa aviaəlaqə qurulacaq: "Əminəm ki, bu, Ermənistan və İspaniya arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə kömək edəcək", - diplomat bildirib.

Oxşar xəbərlər

Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı AK ilə məsləhətləşmələrə başlayacaq
Ermənistanda Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə işçi qrupu yaradılıb
Zaxarova: Aİ-nin Ermənistan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi Brüsselin təzyiq vasitəsidir
Ermənistan DİN: Avropa İttifaqı ilə vizaların ləğvi 4-5 il çəkəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər