Ermənistanda Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə işçi qrupu yaradılıb
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın qərarı ilə Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması üzrə işi əlaqələndirmək üçün işçi qrup yaradılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.
Qrup Ermənistan və Aİ arasında sazişlərin icrasına cavabdeh olan qurumlararası komissiyanın nəzdində yaradılıb. Ona Qriqoryanın özü rəhbərlik edəcək. Qrupun tərkibinə parlamentin Avropaya inteqrasiya və xarici əlaqələr komissiyalarının rəhbərləri, daxili işlər, ədliyyə, səhiyyə və xarici işlər nazirlərinin müavinləri, habelə bir neçə deputat və orta səviyyəli vəzifəli şəxslər də daxil edilib.
Xatırladaq ki, sentyabrda Qriqoryan Avropa Komissiyasının sədr müavini Marqaritis Shinasla görüşdən sonra Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə rəsmi dialoqun başlandığını elan etmişdi.
Oxşar xəbərlər
Paşinyanın müavini Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlandığını rəsmən elan edib
Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir
Avropa Komissiyasının vitse-prezidenti Ermənistana səfər edəcək
Ermənistanla Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə dialoq başlayır
Avropa Komissiyasının vitse-prezidenti İrəvana gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













