Gürcüstan ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Amerika Birləşmiş Ştatları (ABŞ) ilə İran İslam Respublikası arasında elan olunan atəşkəsi alqışladıqlarını bəyan edib.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, rəsmi Tbilisi bu razılaşmaya səbəb olan vasitəçilik səylərini yüksək qiymətləndirir.
"Gürcüstan Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında atəşkəs elanını alqışlayır və bunun mümkünlüyünə səbəb olan effektiv vasitəçilik səylərini təqdir edir. Ümid edirik ki, bu addım gərginliyin azaldılmasına töhfə verəcək və regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün davamlı diplomatik əlaqələri təşviq edəcək", – deyə İrakli Kobaxidze qeyd edib.
Baş nazir vurğulayıb ki, atəşkəsin qorunması və diplomatik dialoqun davam etdirilməsi regionda uzunmüddətli sabitlik üçün mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Azərbaycan XİN ABŞ ilə İran arasında elan olunmuş atəşkəsi alqışlayır
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
Azərbaycan XİN İsrail və İran arasında əldə olunmuş atəşkəsi alqışlayır
İrakli Kobaxidze Ermənistan Prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
İrakli Kobaxidze: Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb
-
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
