Ararat Mirzoyan: Ermənistan Avropa Sülh Fondundan üçüncü yardım paketi üçün müraciət edib
sizinxeber.az xəbər saytı

Ararat Mirzoyan: Ermənistan Avropa Sülh Fondundan üçüncü yardım paketi üçün müraciət edib


Ermənistan Avropa Sülh Fondundan üçüncü yardım paketi üçün müraciət edib.

"Sizinxeber.az" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bəyan edib.

"Ermənistan Avropa sülh aləti çərçivəsində ikinci köçürməni alıb. Söhbət 20 milyon dollar məbləğində yardımdan gedirdi. Biz artıq üçüncüsü üçün müraciət etmişik", - A.Mirzoyan bildirilib.

Qeyd edək ki, 2024-cü ildə Fond Ermənistanın Silahlı Qüvvələrinin maddi-texniki potensialının gücləndirilməsinə, böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına kömək məqsədilə Ermənistana 10 milyon avro ayırıb. İkinci yardım paketi 2026-cı ilin yanvarında ayrılıb.

2024-cü ildə birinci yardım paketi çərçivəsində İrəvan 10 milyon avro, bu ilin yanvarında təsdiqlənmiş ikinci paket çərçivəsində isə 20 milyon avro alıb.

Oxşar xəbərlər

XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir
Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb
Ararat Mirzoyan gəlirlərini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər