Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS nümayəndə heyəti ilə danışıqlar aparıb
sizinxeber.az xəbər saytı

Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS nümayəndə heyəti ilə danışıqlar aparıb


Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, HƏMAS nümayəndə heyətinə danışıqlarda Siyasi Büronun rəisi Məhəmməd Dərviş başçılıq edib. Danışıqların əsas mövzusu Qəzza zolağında humanitar durum olub.

Tərəflər Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün mümkün tədbirləri və bu istiqamətdə beynəlxalq səylərin əlaqələndirilməsini müzakirə ediblər.

Həmçinin görüş iştirakçıları Qəzzada davamlı və hərtərəfli atəşkəsə nail olmaq üçün səylərlə bağlı cari vəziyyəti qiymətləndiriblər.

Oxşar xəbərlər

KİV: HƏMAS nümayəndə heyəti Qahirədə keçiriləcək danışıqlarda iştirak etməyəcək
HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib
Putinin Moskvada HƏMAS nümayəndə heyəti ilə görüşü planlaşdırılmır
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlarda iştirak etmək üçün Qahirəyə gələcək
KİV: İsrail rəsmiləri Dohada Qəzza ilə bağlı razılaşmanın yollarını müzakirə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər