Fidan Yaxın Şərqdəki savaşın daha bir neçə həftə davam edə biləcəyini deyib
Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Fars körfəzi bölgəsindəki müharibə daha 2-3 həftə davam edə bilər.
"Sizinxeber.az"un "TRT Haber"ə istinadən məlumatına görə, H. Fidan bunu jurnalistlərə açıqlamasında deyib.
Türkiyə XİN başçısının sözlərinə görə, müharibənin dayandırılması üçün əsas amil ABŞ-nin mövqeyidir:
"Fars körfəzi ölkələrində müharibənin daha 2-3 həftə davam edəcəyinə dair qiymətləndirmələr səsləndirilir. Əlbəttə, burada həlledici amil ABŞ-nin mövqeyi olacaq. İsrail isə ABŞ-yə təzyiq göstərməyə və atəşkəs razılaşmasının əldə olunmasına və ya sülhün tezliklə bağlanmasına mane olmağa çalışacaq. ABŞ və İsrailin ilkin mövqelərinin fərqləndiyinə dair ehtimallar getdikcə daha çox səsləndirilir və bu, savaşın uzanmasına gətirib çıxara bilər".
H. Fidan bildirib ki, müharibə davam etdiyi müddətcə danışıqların aparılması imkanı ehtimalı azdır:
"Məsələ müharibənin dayandırılması ilə bağlı planların olmamasında deyil. Məsələ İsrailin sülh istəməməsindədir".
Onun sözlərinə görə, İsrail İrana daha çox zərər vermək üçün müharibəni mümkün qədər uzatmaq siyasəti apara bilər:
"ABŞ-nin bu yanaşmaya reaksiyası həlledici olacaq. İsrail onun üçün vacib olan hərbi və sənaye obyektlərini məhv etməyincə dayanmayacağı təəssüratını yaratmaq istəyir".
Türkiyə diplomatiyası rəhbərinin qeyd edib ki, rəsmi Ankaranın təklif etdiyi həll yolları sabitliyin bərqərar edilməsindən ibarətdir ki, bu da bütün tərəflərin maraqlarına cavab verir:
"Amma tərəflər mənfəəti, qələbəni sabitlikdən daha üstün tutduqda vəziyyət dəyişir. O zaman dialoq sadəcə danışıq xatirinə aparılır və əsas gündəliyin fokusu dəyişir".
Oxşar xəbərlər
Hakan Fidan: İsrail-İran müharibəsinin başlaması ehtimalı yüksəkdir
Hakan Fidan nüvə müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edib
Hakan Fidandan xəbərdarlıq: İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər
Hakan Fidan: İsrail-İran müharibəsinin başlaması ehtimalı yüksəkdir - CANLI
Hakan Fidan: İsrail-İran müharibəsinin başlaması ehtimalı yüksəkdir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
