NASA “Artemida-3” missiyasının heyətini açıqlayıb
sizinxeber.az xəbər saytı

NASA “Artemida-3” missiyasının heyətini açıqlayıb


NASA “Artemida-3” kosmik missiyasının heyətini açıqlayıb. Missiyanın ekipajı dörd nəfərdən ibarət olacaq və onun tərkibində Avropa Kosmik Agentliyinin bir astronavtı da yer alacaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman məlumat yayıb.

Missiyanın komandiri amerikalı astronavt Rendi Breznik təyin olunub. Pilot funksiyasını italiyalı astronavt Luka Parmitano yerinə yetirəcək. Amerikalılar Frenk Rubio və Andre Duqlas isə missiya mütəxəssisləri kimi fəaliyyət göstərəcəklər. Ehtiyat ekipaj üzvü Bob Hayns olacaq.

NASA rəhbərinin sözlərinə görə, “Artemida-2” missiyasından fərqli olaraq, “Artemida-3” Yerətrafı orbitdə həyata keçiriləcək və Ay missiyaları üçün bir neçə raketin eyni proqram çərçivəsində istifadəsini sınaqdan keçirmək məqsədi daşıyacaq.

“Biz "Artemida-3" missiyasından çoxsaylı buraxılışların koordinasiyasını təkmilləşdirmək və müxtəlif sistemlərin uyğunluğunu yoxlamaq üçün istifadə edəcəyik”, - deyə Ayzekman bildirib.

Məlumata görə, missiyada “SpaceX” və “Blue Origin” şirkətlərinin daşıyıcı raketlərindən istifadə olunacaq.

Oxşar xəbərlər

"Artemida-2" Ay missiyası uğurla başa çatıb
"Artemida II"nin Aya uçuşu bütün dünyada maraqla qarşılanıb
NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar
Milyarder NASA-nın rəhbəri olacaq
NASA rəhbəri: Yadplanetlilərin kosmik gəmilərinin qəzaya uğraması barədə məlumat yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər