İrandan amerikalı nazirə cavab: Neft daşıyan heç bir tankerimiz yoxdur
İranın ixrac üçün artıq nefti və dənizdə xam neft daşıyan heç bir tankeri yoxdur.
"Sizinxeber.az" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Neft Nazirliyinin nümayəndəsi ABŞ-nin maliyyə naziri Skott Bennetin Tehranın "qara qızıl"ının sanksiyalardan potensial olaraq azad edilməsi təklifini şərh edərkən bildirib.
Onun sözlərinə görə, ölkənin dənizdə tankerlərdə demək olar ki, heç bir nefti və beynəlxalq bazarlara tədarük etmək üçün artıq nefti yoxdur.
Tehran Skott Bennetin çıxışını Vaşinqton tərəfindən "psixoloji oyun" kimi qiymətləndirilib. İranın Neft Nazirliyi qeyd edib ki, bu bəyanat yalnız alıcılarda ümid yaratmaq və bazar psixologiyasına təsir göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün dünən dənizdə olan İran neftinin alınması üçün 30 günlük sanksiya güzəşti verib.
Oxşar xəbərlər
ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir
Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur
ABŞ İran nefti ilə ticarətə görə 16 şirkət və 23 tankerə sanksiyaya tətbiq edib
Dövlət Departamenti: ABŞ-nin Venesueladan neft almağa ehtiyacı yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
