ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir
sizinxeber.az xəbər saytı

ABŞ İran neftini özünə qarşı istifadə edəcək, sanksiyanı bir aylıq ləğv edir


Tramp administrasiyası ABŞ-İsrail arasında Tehrana qarşı müharibənin başlanğıcından bəri yaranan enerji təchizatına təzyiqi azaltmaq üçün dünən dənizdə olan İran neftinin alınması üçün 30 günlük sanksiya güzəşti verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent sosial media səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ABŞ müvəqqəti olaraq qlobal bazarlara təxminən 140 milyon barel neft buraxacaq: "Bu, qlobal enerji tədarükünü artıracaq və İranın hərəkətlərinin yaratdığı müvəqqəti tədarük təzyiqlərini aradan qaldırmağa kömək edəcək. Əslində, "Epik Qəzəb" əməliyyatı davam etdiyi müddətdə qiymətləri aşağı saxlamaq üçün İran barellərindən Tehranın özünə qarşı istifadə edəcəyik".

Xatırladaq ki, bu, ABŞ-nin son iki həftə ərzində sanksiyaları müvəqqəti olaraq yumşaltdığı üçüncü dəfədir. Vaşinqton əvvəllər Rusiya neftinə qoyulan məhdudiyyətləri yumşaldıb.

Oxşar xəbərlər

ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
Kerolayn Livitt: ABŞ əməliyyatın başlanğıcından bəri İranın 65-dən çox gəmisini batırıb
BAE ölkələri strateji ehtiyatlardan bazara 400 milyon bareldən çox neft çıxaracaq
ABŞ İran neftinin xarici bazarlara nəqlində əsas rol oynayan 35 şirkət və neft tankerinə sanksiya tətbiq edib
Zelenski: İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər