Qətərin Baş naziri: “Boeing 747-8” Trampa hədiyyə verilməyəcək
sizinxeber.az xəbər saytı

Qətərin Baş naziri: “Boeing 747-8” Trampa hədiyyə verilməyəcək


Qətər ABŞ prezidenti Donald Trampa “Boeing 747-8” hədiyyə etməyi planlaşdırmır, hava gəmisinin rəsmi səviyyədə ona təhvil verilməsi müzakirə edilir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bəyan edib.

“Bu, çox sadə hökumətlərarası sazişdir. Qətər Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi bizim təyyarələrimizdən birinin Air Force One (Bir nömrəli təyyarə - Qeyd) kimi istifadəyə verilməsi imkanını müzakirə edir. Bu məsələ hüquqi ekspertiza mərhələsindədir”, - deyə Al Tani bildirib.

Baş nazir qeyd edib ki, təyyarənin qanunsuz olduğu aşkar olunarsa, onun təhvil verilməsi təklifi geri götürüləcək.

Qeyd edək ki, Qətərdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.

Oxşar xəbərlər

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB
ABŞ və Qətər müdafiə və aviasiya sahələrində saziş imzalayıb
Tramp Qətər əmiri ilə Ukraynadakı münaqişənin nizamlanmasını müzakirə edib
Qətər rəhbərliyi aviaqəza ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib
İran Prezidenti Qətər əmiri ilə görüşmək üçün Dohada səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər