Srbui Qalyan: Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır
Ermənistanın yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır, onun hakim "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyətinin iclasında, həmçinin eyniadlı parlament fraksiyasında müzakirə edilməsi planlaşdırılır.
"Sizinxeber.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbui Qalyan bu gün ədliyyə naziri yanında İctimai Şuranın birinci iclasında bəyan edib.
Qurumun rəhbəri mətnin dərc olunacağı tarixlə bağlı məlumatlı olmadığını bildirib.
"Konstitusiya İslahatları Şurası çox fəal işləyir. Biz hər həftə iclaslar keçiririk. Söz verdiyim kimi, mətn hazırdır. Lakin onun dərc olunması ilə bağlı hələlik heç bir məlumat yoxdur, çünki mətnin "Vətəndaş müqaviləsi" partiyasının İdarə Heyətində və parlament fraksiyasında müzakirə edilməsi qərara alınıb. Bundan sonra mətnin dərc olunması ilə bağlı qərar veriləcək", - nazir bildirib.
Oxşar xəbərlər
Ermənistanın yeni konstitusiyasının mətni 10 ay sonra hazır olacaq
Ermənistanda yeni konstitusiya ilə bağlı müzakirələr yenidən başlayır
Nazir: Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır
Ermənistanda yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçiriləcək
Nazir: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, 2027-ci ildə referendum keçirilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
