Ermənistan və Gürcüstan Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmalarını müzakirə edib
Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmaları müzakirə edilib.
“Sizinxeber.az” Gürcüstan XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələr avqustun 21-də İrəvanda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sədrliyi ilə keçirilib.
Tərəflər iki ölkə arasında münasibətlərin dostluq xarakterini və strateji tərəfdaşlığı qeyd edib, yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdiyini vurğulayıblar.
“Həmçinin Cənubi Qafqaz regionunda baş verən cari hadisələr müzakirə olunub. Gürcüstan tərəfi Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişini alqışlayıb və ABŞ-nin rolunu ayrıca vurğulayıb”, - məlumatda deyilir.
Gürcüstan tərəfi regionda uzunmüddətli sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Bundan əlavə, tərəflər ticarət-iqtisadi, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivlərini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Botçorişvili: Bakı və İrəvan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid edirik
Ermənistan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başa çatıb - YENİLƏNİB-2
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Vəfat etmiş şəxsin pensiya kapitalı vərəsələrinə veriləcək? - AÇIQLAMA
-
Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO












