Botçorişvili: Bakı və İrəvan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid edirik
sizinxeber.az xəbər saytı

Botçorişvili: Bakı və İrəvan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid edirik


Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoqu diqqətlə izləyir və yaxın zamanda sülh sazişinin imzalanacağına ümid edir.

“Sizinxeber.az”un Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Maka Botçorişvili Tbilisidə azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsində maraqlıdır.

M.Botçorişvili, həmçinin bu il aprelin 17-də Ermənistan, Azərbaycan və Gürcüstanın xarici işlər nazirinin müavinləri Vahan Kostanyan, Elnur Məmmədov və Laşa Darsaliyanın iştirakı ilə üçtərəfli formatda keçirilən danışıqları xatırladıb. Gürcüstanın xarici işlər naziri qeyd edib ki, bu formatın potensialı var.

Oxşar xəbərlər

Estoniya Baş naziri: Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başa çatıb - YENİLƏNİB-2
Alen Berse: Avropa Şurası Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilir
Kobaxidzenin erməni nazirlə görüşündə Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqlar müsbət qiymətləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle