Qazaxıstanda uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb, məşqçi ölüb
Qazaxıstanın şimalındakı Akmola vilayətində uşaq futbol komandasını daşıyan mikroavtobus aşıb.
“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, qəza aprelin 18-də Astana-Yereymentau-Şidertı avtomobil yolunda “Mercedes” markalı mikroavtobusun iştirakı ilə baş verib. Qəza nəticəsində məşqçi hadisə yerində ölüb, uşaqlar isə tibb müəssisəsinə çatdırılıb, onlar həkimlərin nəzarətindədirlər.
Polisin verdiyi məlumata görə, mikroavtobus sürücünün yük maşını keçmək istədiyi məqamda aşıb. Qəza zamanı avtobusda 14-16 yaş arası 16 uşaq və 1 məşqçi olub.
Komanda yarış üçün Pavlodardan Astanaya gedirdi.
Polisdən bildirilib ki, uşaqları yarışa göndərən özəl idman məktəbinin rəhbərliyi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, ona görə də patrul müşayiəti təmin edilməyib.
Oxşar xəbərlər
Şuşada mikroavtobus aşıb, xəsarət alanlar var
Mingəçevirdə mikroavtobus aşıb, ölən və xəsarət alanlar var
Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var
Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
