Tramp Lukaşenkonun ailəsi ilə birlikdə Minskə səfər etmək dəvətini qəbul edib - YENİLƏNİB
Belarus Prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampı ailəsi ilə birlikdə Minskə dəvət edib və bu dəvət qəbul olunub.
“Report” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın “Pul Pervoqo” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, ölkə liderləri ikitərəfli gündəliyin məsələlərini, regional mövzuları və “qaynar nöqtələr”, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər. Təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Bundan əlavə, Belarus Prezidenti Donald Trampı və ailəsini Minskə dəvət edib. Mənbə qeyd edir ki, Tramp bu dəvəti qəbul edib.
ABŞ Prezidenti Donald Tramp ilə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, Tramp söhbətin təfərrüatlarını “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Belarusun çox hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azadlığa buraxılmasını da müzakirə edirik”, - o deyib.
Trampın sözlərinə görə, Lukaşenko ilə söhbət çox yaxşı keçib və Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri də müzakirə olunub.
“Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, - o əlavə edib.


width="220" alt="Tramp ilə Lukaşenko arasında telefon danışığı olub" />
width="220" alt="Tramp Lukaşenkonun Minskə ailəvi dəvətini qəbul edib" />
width="220" alt="ABŞ və Belarus liderləri arasında telefon danışığı olub" />
width="220" alt="Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib" />
width="220" alt="Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />