Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Belarus Prezidenti Aleksandr Lukaşenko telefon danışığı zamanı Amerika lideri Donald Trampı Cənubi Qafqazda sülhün əldə olunmasında yaxşı işinə görə təbrik edib.
“Sizinxeber.az” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
Onun sözlərinə görə, ölkə liderləri İran və Yaxın Şərqi də müzakirə ediblər. “Lukaşenko əmindir ki, bu məsələlərdə də irəliləyiş əldə olunacaq”, - o əlavə edib.
Daha əvvəl Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Alyaskaya getdiyi “Air Force One” təyyarəsində Lukaşenko ilə telefon danışığı apardığı bildirilmişdi.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə yeddi bəndlik birgə bəyannamə imzalayıb və “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” sazişi paraflayıb.
Oxşar xəbərlər
Tramp Lukaşenkonun ailəsi ilə birlikdə Minskə səfər etmək dəvətini qəbul edib - YENİLƏNİB
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Lukaşenko mühüm məsələləri müzakirə etmək üçün Putinlə görüşməyi planlaşdırır
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib
ABŞ və Belarus liderləri arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













