Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
ABŞ Prezidenti Donald Tramp ilə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, Tramp söhbətin təfərrüatlarını “Truth Social” sosial şəbəkəsində paylaşıb.
“Belarusun çox hörmətli Prezidenti Aleksandr Lukaşenko ilə gözəl söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz daha 1 300 məhbusun azadlığa buraxılmasını da müzakirə edirik”, - o deyib.
Trampın sözlərinə görə, Lukaşenko ilə söhbət çox yaxşı keçib və Rusiya Prezidenti Vladimir Putinin Alyaska səfəri də müzakirə olunub.
“Gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, - o əlavə edib.
Oxşar xəbərlər
ABŞ və Belarus liderləri arasında telefon danışığı olub
Lukaşenko mühüm məsələləri müzakirə etmək üçün Putinlə görüşməyi planlaşdırır
Lukaşenko yeni Baş nazir təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
