Qazaxıstan Xəzər dənizinin problemlərinin tədqiqinə vəsait ayırıb
Qazaxıstan hökuməti Xəzər dənizinin problemlərinin öyrənilməsi üçün ehtiyatlarından 305 milyon tenge (560 min ABŞ dollarından çox - red.) ayırıb.
“Report”un yerli bürosunun hökumətin mətbuat xidmətinə istinadən məlumatına görə, vəsait Qazaxıstan Xəzər Elmi Tədqiqat İnstitutu tərəfindən alınacaq.
Məlumata görə, vəsait institutun gələcək inkişafı üçün istifadə olunacaq və hidrobiologiya və hidrokimya, hidrometeorologiya, peyk monitorinqi laboratoriyalarında elmi-tədqiqat işlərinin vaxtında və səmərəli aparılmasına və elmi-tədqiqat institutunun qarşısında duran digər vəzifələrin həllinə imkan verəcək.
İnstitutun fəaliyyət dairəsinə balıq ehtiyatlarının qiymətləndirilməsi, onların mühafizəsi üsullarının və texnologiyalarının işlənib hazırlanması, ixtiofaunanın, suitilərin kütləvi şəkildə tələf olmasının səbəblərinin tədqiqi və onların populyasiyasının saxlanılması məsələləri daxildir. Bundan əlavə, o, dənizin hidroloji proseslərinin öyrənilməsi və səviyyəsinin monitorinqi, iqlim dəyişikliyi və onun ekosistemə təsirinin təhlili, akvatoriyanın Qazaxıstan hissəsinin və Xəzər dənizi sahillərinin suyun keyfiyyəti, bioloji müxtəlifliyi və digər parametrləri haqqında məlumatların toplanması və təhlili üzrə ixtisaslaşıb.


width="220" alt="İqtisadi Elmi Tədqiqat İnstitutu ötən ili zərərlə başa vurub" />
width="220" alt="İqtisadi Elmi Tədqiqat İnstitutu auditor seçir" />
width="220" alt="Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />