Rusiyanın sənaye obyektləri dron hücumuna məruz qalıb, bir nəfər ölüb, yaralılar var
Rusiyanın Arzamas şəhərinə dron hücumu zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiyanın Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin “Telegram” kanalında bildirib.
"Bu gecə Ukrayna PUA-ları Nijni Novqorod vilayətində iki sənaye zonasına hücum edib. Təəssüf ki, Arzamasda hücumu dəf edərkən insan tələfatı və zərərdən qaçmaq mümkün olmayıb. Bir əməkdaş yerindəcə ölüb, iki yaralı xəstəxanaya çatdırılıb", - o qeyd edib.
Rusiyanın “Telegram” kanalları Arzamas cihazqayırma zavoduna endirildiyi ehtimal olunan dron zərbələrinin video və fotolarını yayımlayıb, yerli sakinlər ümumilikdə ən azı 10 partlayışın olduğunu bildiriblər.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə qüvvələrinin 32 Ukrayna PUA-sını vurduğu barədə məlumat yayıb.
Oxşar xəbərlər
Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub
Nijni Novqorod vilayətində yol qəzasında 3 nəfər ölüb
Kiyevə dron hücumu olub, ölən və yaralananlar var
Rusiyanın Oryol vilayətində neft anbarına hücum olub
Rostov vilayəti kütləvi dron hücumuna məruz qalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
