Türkiyədə zəlzələ zamanı dağıntılar altından bir neçə nəfər çıxarılıb, ölən var - YENİLƏNİB-3
Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O, qeyd edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.
Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində dağılan binanın qalıqları arasında daha bir nəfər xilas edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.
O, vurğulayıb ki, dağıntılar altında qalan daha 1 nəfərin xilas edilməsi tədbirləri davam etdirilir.
Nazir daha əvvəl dağıntılar altından 3 nəfər çıxarıldığılnı, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyatın davam etdiyini xəbər verib.
Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində bir bina dağılıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyat davam edir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.
O, qeyd edib ki, hazırda jandarm əməkdaşları tərəfindən xilasetmə işləri davam etdirilir.
Nazir daha əvvəl də Sındırgı rayonunda dağılan binanın altından bir nəfərin çıxarıldığını qeyd edib.
Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Sındırğı bələdiyyəsinin sədri Serkan Sakın sözlərinə görə, rayonda 10 bina dağılıb. Həmçinin iki nəfərin dağıntıların altında qaldığı bildirilir.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd olunub ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.


width="220" alt="Türkiyədə güclü zəlzələ olub, dağıntılar altından bir neçə nəfər çıxarılıb - YENİLƏNİB-2" />
width="220" alt="Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub" />
width="220" alt="Türkiyədə zəlzələlərdən sonra yeddi afterşok qeydə alınıb" />
width="220" alt="Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib - YENİLƏNİB" />
width="220" alt="Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub, dağıntılar altında qalanlar var - YENİLƏNİB" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />