Sizinxeber.az » DÜNYA » Region » Türkiyədə güclü zəlzələ olub, dağıntılar altından bir neçə nəfər çıxarılıb - YENİLƏNİB-2

Türkiyədə güclü zəlzələ olub, dağıntılar altından bir neçə nəfər çıxarılıb - YENİLƏNİB-2

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində bir bina dağılıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, daha 2 nəfərin xilas olunması ilə bağlı əməliyyat davam edir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki səhifəsində bildirib.

O, qeyd edib ki, hazırda jandarm əməkdaşları tərəfindən xilasetmə işləri davam etdirilir.

Nazir daha əvvəl də Sındırgı rayonunda dağılan binanın altından bir nəfərin çıxarıldığını qeyd edib.

Qeyd edək ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Təbiət hadisələri 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

21:30

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Sındırğı bələdiyyəsinin sədri Serkan Sakın sözlərinə görə, rayonda 10 bina dağılıb. Həmçinin iki nəfərin dağıntıların altında qaldığı bildirilir.

Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.

21:02

Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ olub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd olunub ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !