İran XİN Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayıb
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sülhü alqışlayıb.
“Sizinxeber.az” İran mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.
Bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülhü alqışlamaqla yanaşı, ümumi sərhədlər yaxınlığında xarici müdaxilənin istənilən forma və növünün mənfi nəticələri barədə xəbərdarlıq edib.
Bəyanatda qeyd olunub ki, İslam Respublikası Cənubi Qafqaz regionundakı cari tendensiyaları diqqətlə izləyir və bu hadisələrlə bağlı hər iki qonşu ölkə - Azərbaycan Respublikası və Ermənistan Respublikası ilə əlaqə saxlayır: “Qafqaz regionunda sülh və sabitlik, şübhəsiz ki, regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişi mətninin hazırlanmasının başa çatmasını alqışlayaraq bu hadisəni regionda davamlı sülhə nail olmaq yolunda mühüm addım hesab edir”.
Nazirlik ümumi sərhədlər yaxınlığında regionun təhlükəsizliyini və uzunmüddətli sabitliyini pozan istənilən formada və növdə xarici müdaxilənin mənfi nəticələri ilə bağlı narahatlığını ifadə edib: “İran milli hüquq və maraqlarının təmin edilməsi üçün bütün siyasi, hüquqi, iqtisadi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, kommunikasiya yollarının qurulması və əlaqə şəbəkələrinin blokdan çıxarılmasının qarşılıqlı maraqlar çərçivəsində, region ölkələrinin milli suverenliyinə və ərazi bütövlüyünə hörmətlə və xarici müdaxilə olmadan həyata keçirilərsə, region ölkələrinin sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına xidmət edəcəyini hesab edir”.
Nazirlik İslam Respublikasının "3+3" formatında ikitərəfli və regional əməkdaşlıq vasitəsilə regionda sülh, sabitlik və iqtisadi inkişafı təmin etmək məqsədilə həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə konstruktiv, qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.


width="220" alt="İran XİN: Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin yenidən işlənməsini alqışlayırıq" />
width="220" alt="İranın XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarını alqışlayıb - YENİLƏNİB" />
width="220" alt="Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb" />
width="220" alt="Səudiyyə Ərəbistanı Bakı - İrəvan razılaşmasını alqışlayıb" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />