İranın XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarını alqışlayıb - YENİLƏNİB
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayıb.
“Sizinxeber.az” İslam Respublikasının xarici siyasət idarəsinə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrov ilə ölkələr arasında münasibətlərin cari məsələlərini, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Telefon danışığı zamanı nazirlər Cənubi Qafqazda baş verən son hadisələri, əməkdaşlığın və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həmçinin regional və beynəlxalq münasibətlərə dair bəzi məsələləri müzakirə ediblər.
Nazirliyin bəyanatında qeyd olunub ki, Abdullahian “Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayaraq İranın regionda sülh və sabitliyə dəstəyini vurğulayıb”.
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir-Abdullahian regional məsələləri müzakirə ediblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər arasında baş tutan telefon danışığı zamanı ticarət-iqtisadi sahədə əməkdaşlığın artırılması barədə fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, dekabrın 25-də Sankt-Peterburqda imzalanmış Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinə əsaslanan təmaslar müzakirə mövzusu olub.
XİN başçıları, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələlərdən də danışıblar.
Oxşar xəbərlər
Rusiya və İranın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın xarici işlər naziri Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Rusiyanın XİN başçıları Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Sergey Lavrov regional vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran XİN başçıları münasibətlərin normallaşması üçün atılmalı addımları müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












