Modi və Putin Hindistan-Rusiya strateji tərəfdaşlığını müzakirə edib
sizinxeber.az xəbər saytı

Modi və Putin Hindistan-Rusiya strateji tərəfdaşlığını müzakirə edib


Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

“Report” xəbər verir ki, bu barədə Modi “X” hesabında yazıb.

Baş nazirin sözlərinə görə, onlar ətraflı söhbət aparıblar və Ukraynada son hadisələri müzakirə ediblər.

"Biz həmçinin ikitərəfli gündəliyimizdəki irəliləyişləri nəzərdən keçirdik və Rusiya-Hindistan strateji tərəfdaşlığını daha da dərinləşdirməyə sadiqliyimizi təsdiq etdik. Prezident Putini bu il Hindistanda qəbul etməyi səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Oxşar xəbərlər

​​​​​​​Hindistanın Baş naziri Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib
Putin və Modi Pahalqamdakı terror aktını müzakirə ediblər
Putin Hindistanın Baş naziri ilə telefonla danışıb
Modi Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib
Modi 9 May paradında iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər