Sizinxeber.az » DÜNYA » Region » Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri TBMM komissiyasının iclasına dəvət edilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri TBMM komissiyasının iclasına dəvət edilib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) tərkibində yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının (ilk adı: Terrorsuz Türkiyə Komissiyası - red.) ikinci iclası bu gün keçiriləcək.

"Sizinxeber.az" "TRT Haber"ə istinadən xəbər verir ki, TBMM sədri Numan Kurtulmuşun rəhbəlik edəcəyi toplantıda proseslə bağlı ilk məlumatlandırma sessiyası təşkil olunacaq.

Bildirilib ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da toplantıya dəvət edilib.

İclasın Bakı saatı ilə 15:00-da başlaması planlaşdırılır.

Xatırladaq ki, ilk toplantı avqustun 5-də keçirilmiş, Terrorsuz Türkiyə Komissiyasının adı Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası olaraq dəyişdirilmişdi.

Sözügedən komissiya PKK terror təşkilatının özünü ləğv etməsi və silahları təhvil verməsindən sonra yeni reallığın hüquq müstəvisində təsbit edilməsi məqsədilə qurulub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !