Sahibə Qafarova Numan Kurtulmuşu yenidən TBMM sədri seçilməsi münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

Sahibə Qafarova Numan Kurtulmuşu yenidən TBMM sədri seçilməsi münasibətilə təbrik edib


Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Bu barədə "Sizinxeber.az"a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Milli Məclisin sədri Numan Kurtulmuşu yenidən yüksək vəzifəyə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb. Məktubda bildirilir ki, qardaş xalqlarımızın ortaq milli-mənəvi dəyərlərinə əsaslanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin mövcud səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz "Bir millət iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq müstəvisində dinamik şəkildə inkişaf edir.

Həmin gün parlamentin sədri Sahibə Qafarovanın Numan Kurtulmuşla telefon danışığı olub.

Telefon danışığı zamanı Milli Məclisin spikeri, TBMM-in sədrini bir daha təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Böyük Millət Məclisinin sədri təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Milli Məclis arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini ifadə edib.

Oxşar xəbərlər

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Ərdoğan TBMM-in sədrini qəbul edib
Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib
Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verib
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri telefonla danışıb, əməkdaşlıq müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər