Sizinxeber.az » DÜNYA » Region » Şalva Papuaşvili: Saakaşvili rejiminin cinayətlərini hər kəs canlı efirdə dinlədi

Şalva Papuaşvili: Saakaşvili rejiminin cinayətlərini hər kəs canlı efirdə dinlədi

Saakaşvili rejiminin cinayətlərini hər kəs canlı efirdə dinlədi, sentyabrda parlament yekun sənədi müzakirə edəcək.

“Sizinxeber.az”un yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, keçmiş prezident Mixeil Saakaşvili dövründə baş vermiş cinayətləri ölkə ictimaiyyəti birbaşa efirdə yayımlanan İstintaq Komissiyasının iclaslarında bir daha eşidib.

“Bütün cəmiyyət İstintaq Komissiyasının fəaliyyətini izləyirdi. Bu iş açıq və şəffaf aparılırdı, birbaşa efirdə yayımlanırdı. Hər kəs bir daha eşitdi o cinayətləri ki, Saakaşvilinin rejimi törədib”, - Papuaşvili bildirib.

Onun sözlərinə görə, cinayətlərin siyahısı bununla bitmir və müxalifətə keçdikdən sonra da “Vahid Milli Hərəkat” Partiyası eyni fəaliyyətini davam etdirib: “Hər kəs dinlədi ki, artıq müxalifətə keçdikdən sonra belə, Milli Hərəkat ideoloji qanad kimi bu cinayətləri davam etdirib. Bütün sübutlar ortaya qoyuldu. İstintaq Komissiyası kifayət qədər geniş və əhatəli hesabat hazırlayır. Sentyabrda parlament bu sənədi plenar iclasda müzakirə edəcək”.

Ş.Papuaşvili qeyd edib ki, sentyabrda parlamentin tam sənədlə tanış olmaq və müvafiq qərarlar qəbul etmək imkanı olacaq.

Qeyd edək ki, avqustun 4-də Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının yekun iclası keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !