Spiker: Saakaşvili demensiyadan sağalan ilk xəstə oldu, Brüssel isə üzr istəmədi
sizinxeber.az xəbər saytı

Spiker: Saakaşvili demensiyadan sağalan ilk xəstə oldu, Brüssel isə üzr istəmədi


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) rəsmi Tbilisiyə münasibətini tənqid edib.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, spikeri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Papuaşvili bildirib ki, bir zamanlar Avropa qurumları, xüsusilə də Brüssel sabiq prezident Mixeil Saakaşvilinin guya “demensiya xəstəliyindən əziyyət çəkdiyi” iddialarını əsas gətirərək onun azad olunmasına çalışıblar:

“Kimsə Brüsselin Gürcüstana qarşı iddialarında bir qədər ədalət axtarırsa, unutmamalıyıq ki, Saakaşvilinin demensiyasını "kəşf edən" və Strasburq məhkəməsi məsələyə son qoyana qədər onu demarşlarla müdafiə edən Brüssel idi. Təxminən iki il ərzində Gürcüstanın məhkəmələrinə, Ədliyyə Nazirliyinə, parlamentə və ümumiyyətlə dövlətinə qarşı Brüsseldən hücumlar oldu. Həmin dövrdə Brüsseldən maliyyələşən bəzi QHT-lər saxta tibbi hesabatlar yayaraq “hökumət Saakaşvilini Rusiyanın sifarişi ilə öldürmək istəyir” kampaniyası aparıblar. Avropa İnsan Haqları Məhkəməsinin (Strasburq) Saakaşvili ilə bağlı qərarından sonra heç bir Avropa rəsmisi Gürcüstana qarşı səsləndirilən bu ittihamlarla bağlı üzr istəməyib. Saakaşvili dünyada demensiyadan sağalan ilk xəstə oldu, bəs Brüsseldən və ya onun səfirindən üzrxahlıq eşitdinizmi? Yox! Atılan böhtanlara görə peşmanlıq ifadə edən oldumu? Yenə də yox!”

Papuaşvili fikrinin sonunda əlavə edib: “Nəticə olaraq, Brüsselin o vaxtkı yalanları bu gün yayılan yalanların əsasını qoydu”.

Oxşar xəbərlər

Parlament sədri: AŞPA gürcü xalqına qarşı alətə çevrilib
Şalva Papuaşvili: Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışı “utancverici və iyrənc”dir
Gürcüstan parlamentinin sədri: Prezident Saakaşvilini əfv etməyi planlaşdırır
Papuaşvili: Avropadan Gürcüstana xərclənən hər bir sent yoxlanılmalı və ictimaiyyətə açıqlanmalıdır
Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər