Sizinxeber.az » DÜNYA » Region » Papuaşvili: İsveçin eynicinslilərin nikahının leqallaşdırılmasını Gürcüstanın Aİ-yə üzvlük şərti kimi irəli sürməsi narahatlıq doğurur

Papuaşvili: İsveçin eynicinslilərin nikahının leqallaşdırılmasını Gürcüstanın Aİ-yə üzvlük şərti kimi irəli sürməsi narahatlıq doğurur

İsveç Baş nazirinin eynicinslilərin nikahının leqallaşdırılmasını Gürcüstanın Avropa İttifaqına üzvlük şərti kimi irəli sürməsi narahatlıq doğurur.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İsveçin Baş naziri Ulf Kristenssonun eynicinsli nikahların qanuniləşdirilməsini Avropa İttifaqına (Aİ) üzvlük üçün ilkin şərt kimi təqdim etməsini "narahatedici açıqlama" adlandırıb.

O, bu barədə sosial şəbəkədəki paylaşımında bildirib.

Spikerin sözlərinə görə, İsveç hökumətinin bu yanaşması Aİ-yə üzv ölkələr üçün nəzərdə tutulmuş rəsmi tələblərlə ziddiyyət təşkil edir:

“İsveç Baş nazirinin eynicinsli nikahların qanuniləşdirilməsini Aİ-yə üzvlüyün ilkin şərti kimi qeyd etməsi ciddi narahatlıq doğurur və Avropa İttifaqına üzvlük prosesində nəzərdə tutulan formal tələblərlə uyğun gəlmir”.

Papuaşvili vurğulayıb ki, Aİ-yə üzvlük prosesində istənilən üzv ölkənin namizəd ölkənin inteqrasiya prosesini bloklamaq hüququ var:

“Bu kontekstdə İsveçin Tbilisidəki səfirliyinin məsələ ilə bağlı rəsmi izahat verməsi vacibdir. Xüsusilə də İsveç Baş nazirinin bu bəyanatı ölkəsinin namizəd dövlətlərlə bağlı rəsmi mövqeyinin bir hissəsi olub-olmaması, həmçinin qərarların qəbulunda nəzərə alınma dərəcəsi aydınlaşdırılmalıdır".

Parlament sədri qeyd edib ki, Gürcüstan cəmiyyəti üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır və İsveç hökumətindən məsələyə aydınlıq gətirilməsi istənilir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !