Sizinxeber.az » DÜNYA » Region » Ermənistan Baş Prokurorluğu Müdafiə Nazirliyinin kilsəyə verilmiş əmlakının geri qaytarılmasını tələb edir

Ermənistan Baş Prokurorluğu Müdafiə Nazirliyinin kilsəyə verilmiş əmlakının geri qaytarılmasını tələb edir

Ermənistanın Baş Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində 2018-ci ildə hədiyyə müqaviləsi əsasında Erməni Apostol Kilsəsinə verilmiş daşınmaz əmlakın Müdafiə Nazirliyinə geri qaytarılması tələbi ilə iddia qaldırıb.

Bu barədə “Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir.

Söhbət Tavuş rayonunun Getahovit kəndində yerləşən 8,9 hektar torpaq sahəsindən və ümumi sahəsi 9427 kvadratmetr olan tikililərdən gedir.

Bu obyektlərin kilsəyə pulsuz verilməsi barədə qərar 2018-ci ilin martında Karen Karapetyan hökuməti tərəfindən verilib.

Baş Prokurorluğun məlumatına görə, hədiyyə müqaviləsi tərtib edilərkən qanun pozuntularına yol verilib, bununla əlaqədar qurum əqdin etibarsız hesab edilməsini və əmlakın dövlətə qaytarılmasını tələb edir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !