Sizinxeber.az » DÜNYA » Region » Erməni hakim korrupsiya işi çərçivəsində həbs edilib

Erməni hakim korrupsiya işi çərçivəsində həbs edilib

İrəvanın Şenqavit məhkəməsinin hakimi Artuş Qabrielyan korrupsiya işi çərçivəsində iki ay müddətinə həbs edilib.

“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Erik Aleksanyan məlumat verib.

Onun sözlərinə görə, Qabrielyan "Vardaşen" cəzaçəkmə müəssisəsinə köçürülüb.

Daha əvvəl KİV yazmışdı ki, A.Qabrielyan məhkəmə zalından birbaşa gətirilib və onun sədrliyi altında keçirilən iclas təxirə salınıb.

Aprelin 30-da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, Şenqavit məhkəməsində istintaq tədbirlərindən sonra iki nəfər həbs edilib. Həbs olunanlardan biri hakim Artuş Qabrielyanın köməkçisi, digəri isə onun dostudur.

Ötən il Ermənistan Baş Prokurorluğu A.Qabrielyan və onunla əlaqəli şəxslərin qanunsuz hesab edilən əmlakının müsadirə edilməsini tələb etmişdi. Söhbət beş daşınmaz əmlak, 62,81 milyon dram (təxminən 163 min dollar) və dörd avtomobildən gedir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !