Sizinxeber.az » DÜNYA » Region » Paşinyanın kortejində ölümlə nəticələnən qəza törədən sürücü ilə bağlı qərar çıxarılıb

Paşinyanın kortejində ölümlə nəticələnən qəza törədən sürücü ilə bağlı qərar çıxarılıb

Ermənistan məhkəməsi 2022-ci ildə Baş nazir Nikol Paşinyanın kortejindəki avtomobilin sükanı arxasında olarkən hamilə qadını vuran sürücü Aram Navasardyanı təqsirli hesab edib.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, sürücü nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıq üzündən insanın ölümünə səbəb olmaqda təqsirli bilinib.

Həlak olan qadının ailəsinin vəkili Raffi Aslanyan bildirib ki, sürücünün təqsiri məsələsi həll olunub, cəza məsələsinə isə əlavə dinləmələr mərhələsində baxılacaq. Hüquqşünas əlavə edib ki, zərərçəkmiş tərəf qərardan razıdır, çünki onların dəlilləri məhkəmə tərəfindən nəzərə alınıb.

"Hadisə baş verən zaman köhnə Cinayət Məcəlləsi qüvvədə idi, buna görə də Navasardyanı beş ilədək həbs cəzası gözləyirdi. Yeni Cinayət Məcəlləsinə əsasən, ona qarşı irəli sürülən ittiham 2 ildən 5 ilədək həbs cəzasını nəzərdə tutur. Lakin yeni məcəllənin sərtləşdirildiyini nəzərə alaraq, köhnə məcəllə tətbiq ediləcək və cəza o qədər də sərt olmaya bilər", - Aslanyan izah edib.

Xatırladaq ki, 2022-ci il aprelin 26-da Navasardyan idarə etdiyi avtomobillə qadını vuraraq hadisə yerindən qaçıb. Lakin iki saat sonra geri qayıdıb və istintaq hərəkətlərində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !