sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb
Yasamalda sərxoş vəziyyətdə qəza törədən sürücü saxlanılıb.
"Sizinxeber.az"un xəbərinə görə, iyunun 10-da saat 02 radələrində M.Əliyev küçəsində “Saipa” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edən sürücü maddi zərərlə nəticələnən qəza törədib.
1994-cü il təvəllüdlü şəxs idarə etdiyi “Saipa” avtomobili ilə yol kənarında dayanan “Hyundai” markalı nəqliyyat vasitəsinə və mopedə çırpılıb.
Nəticədə “Saipa” markalı avtomobildə olan 1 nəfər yüngül xəsarət alıb. Sərxoş vəziyyətdə olan sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda yol qəzasında 3 nəfər ölüb, sürücü qaçıb
Şirvanda avtomobil hasara çırpılıb, sürücü ölüb
Bakı-Quba yolunda yol qəzası olub, sürücü ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
