İranda "Su, işıq, həyat bizim haqqımızdır!" şüarı ilə etiraz aksiyaları keçirilir
sizinxeber.az xəbər saytı

İranda "Su, işıq, həyat bizim haqqımızdır!" şüarı ilə etiraz aksiyaları keçirilir


İranın bir çox şəhər və rayonlarında “Su, işıq, həyat bizim haqqımızdır!” şüarı altında etiraz aksiyaları keçirilir.

“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, İranın Tehran başda olmaqla iri şəhərlərində, o cümlədən Təbriz, Xuzistan, Buşəhr və başqa bölgələrində isti yay günlərində suyun verilməsində böyük fasilələrin yaranması və elektrik enerjisinin kəsilməsi etirazlara səbəb olub.

İnformasiyaya əsasən, polis etiraz aksiyası iştirakçılarına qarşı zorakılıq tətbiq edib.

Məlumata görə, yaranmış vəziyyətin ölkədə sosial gərginliyi artıracağı ehtimal olunur.

Oxşar xəbərlər

İranda elektrik enerjisinə görə 24 əyalətdə etiraz aksiyası keçirilib
ABŞ-nin bir neçə ştatında Trampın siyasətinə qarşı etiraz aksiyaları keçiriləcək
ABŞ-də Trampın siyasətinə qarşı etiraz aksiyaları keçirilib
İranda aksiyalar zamanı həbs edilmiş on nəfərin edam hökmü icra olunacaq
Təbrizdə tibb işçiləri etiraz aksiyası keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər