Tükiyənin Bursa vilayətində meşə yanğınları genişlənib
sizinxeber.az xəbər saytı

Tükiyənin Bursa vilayətində meşə yanğınları genişlənib


Tükiyənin Bursa vilayətininn Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğın küləkli hava şəraiti səbəbindən böyüyür.

“Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir ki, ərazidəki bəzi kəndlərin boşaldılmasına başlanılıb. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir.

Bursa Böyükşəhər Bələdiyyəsi sakinlərə yanğın təhlükəsi xəbərdarlığı edib. Bu arada, Karabük-Ankara avtomobil yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Məlumata görə, Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür, əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsinə meşə təsərrüfatı işçiləri və sakinlər də dəstək verir.

Yanğının hansı səbəblərdən baş verdiyi hələ məlum deyil. Ərazidəki yaşayış yerlərinin təhlükə altında olduğu bildirilir.

Ölkənin Karabük, Uşak və Kahramanmaraş vilayətlərində də yanğınlar tüğyan edir. Karabükdə 18 kənd və 50 məhəllə boşaldılıb.

Oxşar xəbərlər

Türkiyədə yanğından mühafizə səbəbi ilə 14 kənd təxliyə edilib
İzmirdə meşəlik ərazidə yanğın məhdudlaşdırılıb
Antalyada meşə yanır
İzmirdə meşə yanır, əraziyə təyyarə və helikopterlər cəlb olunub
Üç rayonda yanğının söndürülməsinə helikopterlər və xeyli sayda yanğınsöndürən cəlb edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər