Türkiyədə yanğından mühafizə səbəbi ilə 14 kənd təxliyə edilib
sizinxeber.az xəbər saytı

Türkiyədə yanğından mühafizə səbəbi ilə 14 kənd təxliyə edilib


Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin Karabük vilayətində meşə yanğınları səbəbi ilə 14 kənd təxliyə edilib.

Kəndlərin bəzisində evlərin və tövlələrin zərər gördüyü bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Antalyanın Aksu rayonunda da meşəlik ərazidə yanğın başlayıb. Yanğınla mübarizə üçün 8 helikopter, 32 su maşını, 2 yanğın söndürən texnika və 186 nəfərlik heyət cəlb olunub.

Əraziyə yaxın evlərdə təxliyə işi aparılıb.

Oxşar xəbərlər

İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur
Türkiyə Yunanıstana meşə yanğınları ilə mübarizə üçün yardım təklif edib
Türkiyədə meşə yanır, helikopter və təyyarələr cəlb olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər