İranın cənub-şərqində əməliyyat keçirilib, silahlı qruplaşmanın komandiri və bəsic ölüb
sizinxeber.az xəbər saytı

İranın cənub-şərqində əməliyyat keçirilib, silahlı qruplaşmanın komandiri və bəsic ölüb


Təhlükəsizlik qüvvələrinin aprelin 18-də İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Kurin rayonunda keçirdikləri əməliyyat nəticəsində qanunsuz silahlıların başçısı Vali Məhəmməd Şahbəxş ölüb.

“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, V.M.Şahbəxş “Ceyş əl-Adl” silahlı qruplaşmanın əməliyyat komandiri olub. O, ötən il İranda bir sıra silahlı hücumlarda aparıcı rol oynayıb.

Məlumata görə, əməliyyat nəticəsində bir neçə silah və sursat aşkarlanaraq götürülüb.

Əməliyyat nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) əsas sosial bazası sayılan yarım hərbi silahlı dəstəsinin bir üzvü (bəsic) də ölüb.

Oxşar xəbərlər

İranda "Bəsic" qüvvələrinin beş üzvü və yaralı mayoru silahlı hücumda ölüb
İranın Bəlucistan əyalətində silahlı qruplaşmanın üzvləri həbs olunub
İranın Bəlucistan əyalətində Sepah 23 silahlını öldürüb, 46-sını həbs edib
İranda polis avtomobilinə atəş açılıb, iki əməkdaş ölüb
İranda silahlı toqquşma zamanı 10 sərhədçi həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər