Qazaxıstanda mərc oyunlarında iştirak edən 16 məmur işdən çıxarılıb
sizinxeber.az xəbər saytı

Qazaxıstanda mərc oyunlarında iştirak edən 16 məmur işdən çıxarılıb


Qazaxıstanın Uralsk şəhər prokurorluğu şəhər administrasiyasının (akimatının), dövlət gəlirləri departamentinin və polisin məsul şəxslərinin bukmeker kontorları vasitəsilə qumar oyunlarında iştirak etmələri faktlarını aşkarlayıb.

Bu barədə “Sizinxeber.az” Qazaxıstan KİV-ə istinadən xəbər verir.

Yoxlamanın nəticələrinə əsasən prokurorluq nəzarəti aktları tətbiq edilib, həmin aktlara baxılaraq 24 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Onlardan 16-sı tutduğu vəzifədən azad edilib.

Belə ki, “OLIMPBET” MMT-nin (Məhdud Məsuliyyətli Tərəfdaşlıq) məlumatına görə, Uralsk akimatının əməkdaşlarından biri 2021-ci il iyunun 5-dən 2025-ci il yanvarın 22-dək hesabına 34 milyon təngədən çox (təxminən 72,5 min ABŞ dolları) vəsait köçürüb. O cümlədən qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra o, hesabına 1,74 milyon təngə (təxminən 3,7 min ABŞ dolları) yatırıb ki, bunun da 971 min təngəsini (təxminən 2 min ABŞ dolları) uduzub. Aşkar edilmiş qanun pozuntularına görə o, tutduğu vəzifədən azad edilib.

Qeyd olunur ki, Uralsk prokurorluğu antikorrupsiya qanunvericiliyinə əməl olunmasına sistemli nəzarəti, o cümlədən antikorrupsiya məhdudiyyətlərinin həyata keçirilməsinə nəzarəti davam etdirəcək.

Oxşar xəbərlər

Ötən il Bakıda 1 prokurorluq əməkdaşı vəzifədən azad edilib, 15 nəfərə xəbərdarlıq olunub
Azərbaycan ötən il Gürcüstanın turizm gəlirlərində 4 % paya malik olub
Mərc oyunlarında iştirak edən həndbolçu diskvalifikasiya edilib
Samarada ağır qəza olub, yeddi qazaxıstanlı xəstəxanaya yerləşdirilib
Qazax DAİM direktoru vəzifəsindən azad edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle