Samarada ağır qəza olub, yeddi qazaxıstanlı xəstəxanaya yerləşdirilib
sizinxeber.az xəbər saytı

Samarada ağır qəza olub, yeddi qazaxıstanlı xəstəxanaya yerləşdirilib


Rusiyanın Samara şəhəri yaxınlığında baş verən avtomobil qəzasında xəsarət alan altı Qazaxıstan vətəndaşı, o cümlədən iki uşaq bu gün 6 təcili yardım maşını ilə Uralsk tibb müəssisələrinə aparılıb.

Bu barədə “Sizinxeber.az”un Qazaxıstan bürosu ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Xəsarət almış daha bir qazaxıstanlı isə Fövqəladə Hallar Departamentinin briqadası tərəfindən çatdırılıb.

Rusiya ərazisində Qazaxıstan vətəndaşlarının iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alındıqdan sonra altı təcili yardım briqadası operativ surətdə hadisə yerinə göndərilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alanlardan 5 nəfəri Uralsk şəhər çoxprofilli xəstəxanasına, iki uşaq isə çoxprofilli uşaq xəstəxanasına yerləşdirilib və onlara hərtərəfli tibbi yardım göstərilir.

Oxşar xəbərlər

Təyyarə qəzasında xəsarət alan Qırğızıstan vətəndaşı komadan çıxıb
Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından 29 nəfər sağ çıxıb, 4 nəfərin meyiti tapılıb - YENİLƏNİB
Aktau yaxınlığında təyyarə qəzasından 28 nəfər sağ çıxıb, 4 nəfər həlak olub - YENİLƏNİB
Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır
Bakıda yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle