Ermənistanda Rusiya telekanallarının multipleksdən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib
Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının ictimai multipleks və kabel şəbəkələrindən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Respublika naminə” partiyasının sədri Arman Babacanyan ictimai multipleksdə hansısa xarici telekanalın retranslyasiyasının əleyhinə çıxış edib və əlavə edib ki, Ermənistan qanunvericiliyi bunu Rusiya telekanalları ilə bağlı da təmin etməyə imkan verir.
O vurğulayıb ki, bu telekanallar Ermənistanı hibrid müharibənin tərkib hissəsi adlandıraraq təhqir edir. Onun sözlərinə görə, Rusiyanın siyasəti Ermənistanın dövlətçiliyini aradan qaldırmağa yönəlib.
Partiyanın sədr müavini Ruben Mehrabyan isə “Sputnik Ermənistan”ın fəaliyyətini qadağan etməyə çağırıb.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, bu telekanallar tərəfindən yayılan məzmun Ermənistanın təhlükəsizliyinə təhdid yaradır.
Aksiya iştirakçıları əllərində “Rusiyanın düşmənçilik dilinə yox”, “Rusiya təbliğatına yox”, “Rus zəhərinə yox” yazıları olan plakatlar tutublar.
Oxşar xəbərlər
İrəvanda Matviyenkonun səfərinə qarşı etiraz aksiyası keçirilib
Ermənistan XİN qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilir
Ermənistan Rusiya telekanallarının yayımı ilə bağlı təkliflər hazırlayıb
Simonyanın Matviyenko ilə görüşü zamanı Ermənistan parlamenti qarşısında Rusiya əleyhinə aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
