Ermənistan Rusiya telekanallarının yayımı ilə bağlı təkliflər hazırlayıb
Ermənistan bu ilin yanvarında Rusiya telekanallarının respublikanın ictimai multipleksində yayımlanması ilə bağlı öz təkliflərini yenidən Moskvaya göndərəcək.
“Report” erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan mətbuat konfransında bildirib.
O qeyd edib ki, sazişin müddəti 2027-ci ildə başa çatır. Buna əsasən, Ermənistan tərəfi növbəti bir neçə il üçün problemli hesab etdiyi və konkret problemlər yaradan bir sıra bəndlərə yenidən baxılmasını təklif edir.
Nazir ümid edir ki, bu təkliflər müzakirə olunacaq və nəticədə sazişə dəyişikliklər ediləcək.
Qeyd edək ki, hələ 2024-cü ilin martında Ermənistan Televiziya və Radio yayımları şəbəkəsi “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar axşamı” verilişlərinin bağlanması haqqında qərar qəbul etmişdi.
Oxşar xəbərlər
İrəvan rus kanallarını bağlayır, KTMT-dən çıxır - Zatulin
XİN başçısı: Azərbaycan yenidən təkliflər paketi hazırlayıb Ermənistana təqdim edəcək
Qazaxıstanda Rusiya telekanallarının yayımının dayandırılma səbəbi açıqlanıb
Sülh sazişinin əksər bəndləri razılaşdırılıb - Nazir müavinindən mühüm açıqlama
Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak edəcəkmi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












